Bakıda aptekə silahlı basqın - kassadan pulları götürüb qaçdı

Bakıda aptekə silahlı basqın - kassadan pulları götürüb qaçdı
Hadisə 241

Bakıda aptekə basqın edilib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə qeydə alınıb.

Naməlum şəxs əlində silahəbənzər əşya ilə aptekə daxil olaraq, orada çalışan şəhər sakini, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib, kassadan 700 manatı götürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər