Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, 16 yaşlı iki nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonunda 17 yaşlı gənc qətlə yetirilib, iki nəfər tutulub.
Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Fəridi qətlə yetirən məşqçinin anası ilə yazışmaları... ŞOK TƏFƏRRÜAT!
Xəbər verdiyimiz kimi, 7 yaşlı Fəridin ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun məhkəməsi başa çatıb. Cinayət işinə Sumqayıt Ağır...