Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Bildirilir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən birində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında hündürmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub.
"Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
Qalereya
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...