Bakıda 15 yaşlı qıza təcavüz edildi - Təcavüz edən gənc həbs olunub

Bakıda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan gənc oğlana cinayət işi açılıb.
BAKU.WS demokrat.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Bakı şəhər sakini Ağamoğlan Telman oğlu Abdalov 15 yaşlı qızla cinsi əlaqədə olub.
Bundan sonra Ağamoğlan Abdalovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. O, həbs olunub.
İstintaq orqanı tərəfindən Ağamoğlan Abdalovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Hüseyn Hüseynlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 7-nə təyin edilib.

Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...