Bakıda 15 yaşlı qız özünü dənizə atdı - Polis intiharın qarşısını aldı - RƏSMİ

Bakıda 15 yaşlı qız özünü dənizə atdı - Polis intiharın qarşısını aldı - RƏSMİ
Hadisə 743

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə “Bakı Ağ Şəhər Bulvarı” ərazisində özünü dənizə atıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

Hazırda İlahə Avcının səhhəti normaldır.Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər