Bakıda 10 yaşlı uşağı avtomobil vurdu - piyada zolağında
14
may
2021
09:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Məhəmmədi dairəsində, 2011-ci il təvəllüdlü Səfərli Rüqəyya Elməddin qızı piyadalar üçün nəzərdə tutulan zolaqdan keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona oturaq sümüyünün qapalı sınığı diaqnozu qoyulub, uşaq artıq şöbəyə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...