Bakı-Sumqayıt yolunda "Prius" nömrəsini örtərək qaydaları belə pozdu - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunda hərəkət edən sürücülərdən biri idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını örtərək qaydaları pozub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntüdə "Toyota Prius" markalı avtomobilin nömrəsini qismən bağlayaraq hərəkət etməsi öz əksini tapıb.
Məsələ ilə bağlı Baş DYP İdarəsindən BAKU.WS-ə bildirilib ki, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran sürücü barəsində axtarış elan edilib. Sürücü müəyyən edilərək saxlanıldıqdan sonra qanunamüvafiq tədbirər görüləcək.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...