Bakı-Sumqayıt yolunda qəza

Bakı-Sumqayıt yolunda qəza
Hadisə 162

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Taksi ilə digər avtomobilin toqquşması nəticəsində sərnişin, 1976-cı il təvəllüdlü Ağayeva Tahirə Əli qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər