Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran şəxs danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.
BAKU.TV-yə açıqlama verən sürücü Elməddin Abbasov qeyd edib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur:
“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.
Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:
“Bugünə qədər belə bir problem yaşamamışdım.Ailəmi uşaqlarımı bu iş sayəsində dolandırıram”.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...