Bakı-Sumqayıt qatarının qarşısına qəfil at çıxdı

Abşeron dairəvi dəmiryol marşrutu üzrə Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatarın qarşısına Sumqayıt sahəsində qəfil at çıxıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin rəsmisi Bəxtiyar Hacıyev BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, maşinist tərəfindən tormozlama edilsə də, məsafə az olduğu üçün toqquşma hadisəsinin qarşısını almaq mümkün olmayıb.
Bu səbəbdən qatar həmin sahədə bir müddət dayanmalı olub, nəticə hadisə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkətində gecikmələrə səbəb olub.

Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Sahibsiz buraxılan təsərrüfat heyvanları qatarların hərəkətinə ciddi təhlükə yaradır.
Xatırladaq ki, bu il ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub. Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir. Maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır.

Oxşar xəbərlər
Saxtakarlıqda təqsirləndirilən sabiq baş həkimin apellasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, 2 saylı Dəmiryol Poliklinikasının sabiq baş hək...