Bakı-Sumqayıt avtobusunda tüstülənmə

Bu gün, saat 16:00 radələrində "BakuBus" MMC-nin istismarında olan Bakı-Sumqayıt istiqamətində hərəkət edən 594 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan birində texniki nasazlıq qeydə alınıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Sumqayıt avtovağzalında avtobusun sürücüsü mühərrikin turbo hissəsində yaranmış texniki nasazlıq barədə məlumatı "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə təqdim edib.
"Monitorinq Mərkəzi dərhal məsələ ilə bağlı Servis Xidmətinə məlumat verib. Servis Xidməti tərəfindən texniki baxış keçirildikdən sonra avtobusun təhlükəsiz şəkildə depoya yönləndirilməsi barədə qərar qəbul edilib.
Avtobus hərəkətdə olduğu zaman, Bakı avtovağzalının qarşısında nasazlıq səbəbindən qısa müddətli tüstülənmə müşahidə olunub. Sürücü tərəfindən operativ müdaxilə edilərək tüstülənmənin qarşısı alınıb. Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb", - deyə qurumun məlumatında vurğulanıb.
***16:23
Bakı-Sumqayıt avtobusunda tüstülənmə baş verib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yanğın "Bakı Beynəlxalq Avtovağzal Kompleksi"nə dönən yolda qeydə alınıb.
Hadisə şahidinin sözlərinə görə, tüstülənmə avtobusun arxa hissəsindən başlayıb. Sərnişinlər dərhal avtobusu tərk ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Sözügedən kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən azad edilib. BAKU.WS "Qayanarinfo"ya istinadən x...
