Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
Hadisə 491

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstanbul - Bakı təyyarəsi quşla toqquşdu

İstanbul - Bakı təyyarəsi quşla toqquşdu

Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb.BAKU.WS-in məlumatına görə, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir:"AZAL-ın J2-0...

3425 Hadisə 11:14 03 iyun 2018

Son xəbərlər