Bakı sakinlərinin həyətinə tırtıl HÜCUMU - Rəsmi qurum hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Qeyd olunub ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
"Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır", - deyə qurumun məlumatında vurğulanıb.
***14:59
Paytaxtın 7‑ci mikrorayon, Fərman Məlikov 2A ünvanında yaşayan sakinlər narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yaxın 1 həftədə ərazini tırtıllar basıb. Bağ-bağçanı basan həşəratlar artıq evlərə dolur. Uşaqların və ev heyvanlarının bu zərərvericilərlə ünsiyyəti riski artırır.
Sözügedən kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində sənaye müəssisəsi və kommunal infrastruktur obyekti zərər...