Bakı sakini kanalizasiya quyusuna düşdü
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaş kanalizasiya quyusuna yıxılaraq, köməksiz vəziyyətdə qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Nəbiyev Rövşən Feyruz oğlu dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Oxşar xəbərlər
Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Gəncədə qətl hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Q. Ə. Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 1997-ci il təv...