Bakı sakini bir evə 1 000 nəfəri "YERLƏŞDİRDİ" - ŞOK cinayətin üstü açıldı

Bakı sakini bir evə 1 000 nəfəri YERLƏŞDİRDİ - ŞOK cinayətin üstü açıldı
Hadisə 595

Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.

Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.

H.Kazımov da ifadəsində 1 000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov dörd sutkalıq həbs edilib.

Oxşar xəbərlər

İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapılıb

İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapılıb

İsmayıllıda 18 yaşlı oğlan mənzildə ölü tapılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsmayıllı şəhərində kirayə götürdüyü mənzildə yaşayan Ağdam rayon s...

125 Hadisə 19:33 02 mart 2025

Son xəbərlər