Bakı-Quba yolunda sürücülər dava edib - Xəsarət alanlar var
16
okt
2019
10:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunda avtomobillərlə qəza vəziyyəti yaradan sürücülər dava edib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 23-cü kilometrliyində baş verib.Belə ki, Sumqayıt şəhər sakini Təbriz Fərzəliyevlə 1995-ci il təvəllüdlü Orxan Məmmədquliyev idarə etdikləri avtomobillərlə bir-birinə qəza şəraiti yaradıblar.Daha sonra hər iki sürücü avtomobillərindən düşərək dava edib, bir-birinə xəsarət yetirib.Hadisə yerinə polis əməkdaşları gəlib, T.Fərzəliyevlə O.Məmmədquliyev saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qadınlar arasında əlbəyaxa dava düşdü - 1 nəfər xəsarət aldı
Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən əlbəyaxa dava baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, A.Heydərov küçəsi ev 26-...