Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı

Bakı-Quba yolunda Mercedes yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı
Foto
Hadisə 107

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətlərini açıqlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) bu gün saat 14:50-də Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

*** 16:37

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 17-də saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobil ilə "Iveco" markalı yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda ildırım yaşayış binasına düşdü

Azərbaycanda ildırım yaşayış binasına düşdü

Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli...

129 Hadisə 22:35 09 oktyabr 2026

Son xəbərlər