Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb
30
yan
2025
22:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.
Bu sözləri "Report"un Sumqayıt-Abşeron bürosuna Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.
Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...