Bakı-Quba yolunda avtomobilini aşıran sürücü xəstəxanada ölüb

Bakı-Quba yolunda avtomobilini aşıran sürücü xəstəxanada ölüb
Hadisə 72

Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada vəfat edib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 26-da Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində baş verib.

İdarə etdiyi avtomobili aşıran sürücü 19991-ci il təvəllüdlü Rzayev Toğrul Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Aparılan müalicə tədbirlərinə baxmayaraq o bu gün xəstəxanada vəfat edib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər