Şabranda ağır qəza: Vətən müharibəsi qazisi və hamilə həyat yoldaşı həlak oldular
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan digər şəxsin də kimliyi məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən digər şəxs sürücü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadə olub. Onların bir övladları var. D.Zeynalzadə ikinci övladına hamilə olub.
Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.
***11:59
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...