Bakı metrosunda qəribə OLAY - Vaqon və sərnişinlər İSLANDI - AÇIQLAMA
Bakı Metropolitenində qatarın tavanından su dammasının səbəbi açıqlanıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Metropolitenin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da "Nərimanov" elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb. Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub.
"Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib. İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib", - deyə açıqlamada qeyd olunub.
***15:11
Bakı Metropolitenində qatarlardan birində su sızması baş verib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bu gün saat 14:30 radələrində, metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb. Axan su sərnişinləri narahat edib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Sözügedən halla bağlı Bakı Metropoliteninin mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ dərhal nəzarətə götürülüb. Operativ tədbirlər üçün müvafiq tapşırıq verilib. Bununla bağlı əlavə məlumat təqdim olunacaq.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
AMEA-nın 85 yaşlı müxbir üzvü vəfat etdi
AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib. AMEA-dan BAKU.WS-ə verilən məlumata görə, Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə B...