Bakı metrosunda qatarda nasazlıq yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər-Həzi Aslanov" xətti ilə hərəkət edən qatarında nasazlıq qeydə alınıb.
Bunu BAKU.WS-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, nasazlıq qatar "Gənclik" stansiyasında olarkən yaranıb. Buna görə də qatar depoya verilib və xəttə yeni qatar buraxılıb.
"İntervalı çıxmaq şərti ilə bu, ümumilikdə 7,5 dəqiqə yubanmaya səbəb olub. Hazırda isə intervalla bağlı problem demək olar ki, həll edilib. Müəyyən problemlər "Memar Əcəmi-Dərnəgül" xəttində mövcuddur. Onu da həll edirik", - metro rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Bu səhər Bakı metrosunda nə baş verib? - AÇIQLAMA - YENİLƏNİB
"Bu gün Bakı metrosunda qatarların birində nasazlıq olduğu üçün problem yaranıb". Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıql...