Bakı metrosunda problem - Sərnişinlər stansiyaya daxil ola bilməyib

Bakı metrosunda problem - Sərnişinlər stansiyaya daxil ola bilməyib
Hadisə 1203
Bakı Metropoliteninin "20 yanvar" stansiyasının girişində səhər saatlarından sıxlıq yaranıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, sıxlığın yaranmasına səbəb stansiyanın girişində quraşdırılmış "Bakıkart" aparatlarının sistemində problemin baş verməsidir.Aparatlarda yaranmış problem nəticəsində kartlara gediş haqqı yükləmək mümkün olmayıb. Nəticədə sərnişinlər stansiyaya daxil ola bilməyib."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, stansiyada baş verən hadisə sıxlığa səbəb olub:"Biz qatarların hərəkətinə nəzarət etmək səlahiyyətindəyik, aparatlara biz nəzarət etmirik. “Bakıkart” aparatlarının çalışmamasının səbəbləri bizə də məlum deyil.Stansiyada böyük sıxlıq yaranıb, amma əməkdaşlarımız sıxlığı nizamlamağa çalışırlar. Hazırda problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı metrosunda problem – sıxlıq yarandı

Bakı metrosunda problem – sıxlıq yarandı

Bu gün səhər saatlarında Bakı Metrosunda yaranmış problem hərəkəti iflic vəziyyətinə salıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki,...

1513 Hadisə 09:12 18 iyun 2019

Son xəbərlər