Bakı metrosunda nə baş verib? - AÇIQLAMA
Bu gün axşam saatlarında Bakı metrosunda qatarların hərəkətində yubanma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən açıqlama verilib. Bildirilib ki, "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən baxış keçirilib.
Əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib. Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.
Oxşar xəbərlər
Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublika...