Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb
Video
Hadisə 690

Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.

Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edək ki, bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.

***19:36

Bakı metrosunda yaranmış gərginliyin səbəbi açıqlanıb.

"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-ə bildirilib ki, saat 19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub.

Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

***19:07

Bu saatlarda Bakı metrosunda yenə də sərnişin sıxlığı və qatarların qrafikində gecikmə baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, "Gənclik", "Nəriman Nərimanov" və digər stansiyalarda sərnişin sıxlığı yaşanır.

Bildirilir ki, "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında gənc oğlan qatar yoluna düşüb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Sərnişin qatarın altında qalıb. Bu səbəbdən də, qatarların qrafikində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-ə bildirilib ki, hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Son xəbərlər