Bakı məktəbində şagirdlər arasında insidentə rəsmi REAKSİYA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insidentə münasibət bildirib.
Qurumdan qeyd olunub ki, hadisə ilə bağlı məlumatlıdırlar:
“Hazırda agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsindədirlər.
Hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
13:06
Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insident yaşanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:
“Faktla bağlı araşdırma aparılır”.
Oxşar xəbərlər
Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma məktəbin içində baş verib” - YENİLƏNİB + FOTO/VİDEO
“Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”. Bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb...