Bakıda zəncirvari yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb - FOTO

Bakıda zəncirvari yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb - FOTO
Hadisə 4161
 

Bakının Yasamal rayonu ərazisində ağır zəncirvari yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin digər iki "Mercedes" ilə toqquşması nəticəsində qeydə alınıb. Qəza zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərdən biri qəzanı törədən avtomobilin sürüsü, digəri isə yol kənarında duran piyada olub. 1983-cü il təvəllüdlü piyada Elçin Ağayev maşının onu vurması nəticəsində əvvəlcə ağaca, sonra isə reklam lövhəsinə çırpılaraq yerə düşüb. O, bir neçə hissəyə parçalanıb.

Qəza zamanı 1991-ci il təvəllüdlü Müzəffər Əhmədov, 1995-ci il təvəllüdlü Əmrah Ağabalayev, həmçinin təvəllüdü və soyadı hələ ki, məlum olmayan Anar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan sonuncusunun xəsarəti yüngüldür, digər birinin vəziyyəti isə ağırdır. Yaralıların hamısı qəzanı törədən avtomobilin sərnişinləri olublar.

Əraziyə 4 "təcili yardım" maşını və polis əməkdaşları cəlb olunub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər