Bakıda yataqxanada yanğın: xəsarət alanlar var (VİDEO, FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə 39 ünvanında yerləşən yataqxanada elektrik qısaqapanmasından baş vermiş yanğın zamanı 5 nəfər müxtəlif dərəcəlli xəsarət alıb.
BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, xəsarət alanlardan biri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşıdır. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər 4 xəsarət alana isə ambulator yardım göstərilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar binanın sakinləri təxliyə edilib. Alovun söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Əlavə olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qeyd edək ki, artıq binanın birinci, ikinci, üçüncü və dördüncü mərtəbələrinin sakinləri mənzillərinə qayıdıblar. Hadisə zamanı binanın 5-ci mərtəbəsindəki 3 mənzil tamamilə yanıb.
Murad Səmədov



















Oxşar xəbərlər
Yasamalda yataqxana yanır - İnsanlar təxliyə olunur - FOTO
Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, yanğı...