Bakıda taksi 3 qadını vurdu - FOTO

Bakıda taksi 3 qadını vurdu - FOTO
Hadisə 6620
Bakı şəhərində daha bir yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Afiyəddin Cəlilov küçəsində yaşanıb. Belə ki, 3 qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub. Hadisə nəticəsində hər 3 piyada da ciddi xəsarət alıb. Qəzaya düşən qadınlardan ikisinin adını öyrənmək mümkün olub; Məmmədova Tünzalə və Nuriyeva Ləman. Onlar kəllə-beyin tramvası keçirib. Adı məlum olmayan digər xanım isə hadisə nəticəsində huşunu itirdiyindən adını da xatırlamayıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Hər üç qadın xəstəxanaya aparılıb.BAKU.WS

Son xəbərlər