Bakıda sürücüləri şərləyən dələduz peyda olub (VİDEO)

Bakıda sürücüləri şərləyən dələduz peyda olub (VİDEO)
Video
Hadisə 2848

Bakıda sürücüləri şərləyərək pul almağa çalışan daha bir dələduz peyda olub.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, Elnur Hüseynov adlı sürücü məlumat verib və əlavə olaraq video da göndərib. O bildirib ki, dekabrın 30-da, saat 14:09-da Babək prospektindən "NZS" pivə zavoduna dönən yolda dələduzla rastlaşıb:

"Bunlar bayram öncəsi insanlardan şantaj və hədə yolu ilə pul qoparmaq istəyənlərdir. Videodan da göründüyü kimi, mən o şərəfsizə heç bir şey etmirəm. Mən keçəndə avtomobilimin baqajına yumruq vurdu. Saxlayıb səbəbini soruşduqda deyir ki, sən məni vurdun. Sizcə, mən onu necə vura bilərəm? O mənim sağ tərəfimlə gedir. Ortada təxminən 2 metr ara məsafəsi var. Yalandan sol ayağını tutub deyir ki, ayağım əzilib, tez mənə pul ver, özüm həkimə gedim. Mən də bildirdim ki, onda polis çağırım, gəlsin araşdırsın. Bildirdi ki, mənə 40 manat pul ver, heç nə yoxdur. Bu zaman oradan keçən bir taksiyə əyləşərək qaçdı.

Zəhmət olmasa, həmin şəxsin şəklini və videosunu saytınızda yayımlayın ki, insanlar belə dələduzların toruna düşməsinlər. Mənim üçün çox maraqlıdır, bu dələduz, şarlatan həmin pulu evdə ana-bacısına, arvad-uşağına necə yedizdirir? Bu yolla pul qazanmağın bir adı var: şərəfsizlik və namussuzluq. Unutmayın ki, Allah belələrinin cəzasını verir".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər