Suda qalan sürücüləri soymağa başladılar - 10 manat - Dərnəgüldə ŞOK BİZNES (VİDEO)

Sürücülərdən biri Bakıda evakuator sürücülərinin yağışlı havada yaranmış gölməçələrdən keçmək istəyən sürücülərdən 10 manat alması barədə məlumat və video paylaşıb.
Avtosfer.az-ın xəbərinə görə, Vaqif Hüseynov videoda bildirib ki, Dərnəgül yolunda gölməçələr yaranıb və kiçik minik avtomobilləri oradan keçə bilmir. Bir neçə evakuator sürücüsü isə həmin əraziyə gələrək yolda qalan sürücülərə "kömək" təklif edirlər. Onlar təxminən 20-30 metrlik gölməçəni keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər.
Artıq Dərnəgül yolunda evakuator sürücülərinin biznesi genişlənməyə başlayıb.
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda yol polisi dəmirlərin arasında qalan məktəbliyə belə kömək etdi (VİDEO)
Azərbaycanda yol polisinin daha bir maraqlı hərəkəti təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az-a daxil olan həmin görüntülər Bakı-Quba yolun...