Bakıda sərnişinin döydüyü cibgir təcridxanada ölüb – VİDEO
Bakıda istintaq təcridxanasında təqsirləndirilən şəxs ölüb.
BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında baş verib.
Belə ki, vərəm xəstəliyindən əziyyət çəkən 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğlu təcridxanada ölüb.
Onun meyiti aidiyyəti üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dünyasını dəyişmiş Fəxrəddin Məlikov bir həftə əvvəl - mayın 24-də Bakı şəhəri, Sabunçu rayonunda cibgirlik edərkən saxlanılıb.
O, 107 saylı sərnişin avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibindən pul oğurlayarkən tutulub. S.Tağıyev onu döyüb. Vətəndaşlar F.Məlikovu polis əməkdaşlarına təhvil verib.
F.Məlikov əvvəllər də məhkumluq həyatı yaşayıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü - FOTO
Paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunun Sulutəpə qəsə...