Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı – VİDEO
03
avq
2018
09:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.BAKU.WS “musavat.com”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq "Avtovağzal dairəsi" nin yaxınlığında yerləşən "Ozan" yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu qəza törətdi: sürücü qaçdı – FOTO
Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzad...