Bakıda sahibkar bayrağa bürünərək özünü öldürmək istəyir (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sahibkar özünü yandıraraq həm də körpüdən özünü atmaqla intihar etmək istəyir.
"Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Abutalıb oğlu Məmmədov paytaxtda sərnişindaşıma ilə məşğuldur. O, Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrut avtobuslarınin sahibkarıdır. Sahibkar ona qarşı təzyiqlərdən bezdiyini bildirib.
BAKU.WS-in məlumatına görə o, Nəqliyyat Nazirliyinin yanındakı körpüyə çıxaraq özünü ordan atacağını bildirib. Onun əlində bayraq olduğu deyilir.
Həmin şəxsin Nəqliyyat Nazirliyinin müavininə şikayəti varmış.
Özünü öldürmək istəyən sahibkar xilas edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, artıq onu körpünün üstündən düşürdüblər.
O, nəqliyyat nazirinin müavini ilə görüşmək istəyib. Lakin onu içəri buraxmayıblar.
Ziya BabayevBAKU.WS
Oxşar xəbərlər
Paytaxt sakini intihara cəhd etdi, özünü dənizə atdı
Ötən gün Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Sabunçu rayo...