Bakıda restoranda iki nəfəri güllələyən şəxs tutuldu

Bakıda restoranda iki nəfəri güllələyən şəxs tutuldu
Hadisə 1161
 

Aprelin 21-də Səbail rayonu ərazisindəki "Bulaq" restoranında baş vermiş münaqişə zamanı "Makarov" markalı tapançadan atəş açaraq F.Əkbərova və S.Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, onun hadisəni törədərkən istifadə etdiyi silahı gizlətmək üçün həmyerlisi Cavidan Şeydayevə verməsi müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq C.Şeydayev tutulub, onun kirayədə yaşadığı mənzilə baxış zamanı "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 2,510 qram heroin aşkar edilərək götürülüb.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər