Bakıda qadın ərindən oğurladığı pulları sevgilisinə verdi
Bakıda yüngül həyat tərzi keçirən qadınların şantaj olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, müraciət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakinləri - Ceyhun Həmidov, Ədil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və qardaşı Tural paytaxtda yüngül həyat tərzi keçirən qadınları şantaj ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki qadından şantajla pul almaqda ittiham olunan paytaxt sakinləri Ceyhun Həmidov, Ədil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və qardaşı Tural tutulublar.
Məlum olub ki, dəstə üzvləri ilk əvvəl Sevinc Bayramovaya (ad və soyad şərti verilib) qarşı şantaj ediblər. Ceyhun Həmidov və Ədil Maqsudov sosial şəbəkələrdən birində Sevinc Bayramova ilə tanış olublar.
Daha sonra onlar əylənmək üçün qadınları paytaxtda kirayə tutduqları evə gətiriblər. Cinsi əlaqədə olan zaman onların video və foto çəkilişlərini aparıblar.
Sonra dəstə üzvləri qadınları video görüntüləri və şəkilləri sosial şəbəkədə yaymaqla hədələyiblər. Onlar Sevinc Bayramovadan hər ay 1000 manat pul verməsini tələb ediblər. Qadın birinci ay onlara 1000 manat verib, amma sonradan imkanı olmadığı üçün onlara pul verməyb.
Digər zərərçəkmiş Sevda Məmmədova (ad və soyad şərti verilib) ailəli olub. O, şübhəli şəxslərdən biri ilə cinsi əlaqədə olub. Həmin şəxs cinsi əlaqədə olmasını videoya çəkib.
Sonra qadının ailəli olmasını bilib və video görüntünü ərinə göstərməməsi üçün 1000 manat verməsi tələb edilib. Qadın özünün qızıllarını sataraq onlara 1000 manat verib.
Sonra dəstə üzvlərinin qadına qarşı şantaj etməkdə davam ediblər. Qadın hətta ərindən oğurluq edib, evdə qiymətli əşyalar da sataraq, dəstə üzvlərinə pul verməyə məcbur olub.
İddia olunur ki, evdən qiymətli əşyaların itməsi ilə bağlı Sevda Məmmədova ilə əri arasında münaqişə də baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq hərəkətləri davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda klinikaya basqın
Bakıda naməlum şəxslər klinikaya basqın ediblər. BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qə...