Bakıda qadın müəllim ilə qızı tanışlarına 40 min "atdılar"
Bakıda qadına tanışları 40 min atıblar.
BAKU.WS bildirir ki, qafqazinfo-ya müraciət edən Səadət Cəfərova 2014-cü il sentyabr ayında tanışı Kəmalə Məmmədovaya iş qurmaq adı ilə 30 min manat verdiyini deyib. Şikayətçi bildirib ki, danışıqlarına əsasən K. Məmmədova iş qurub ona borcunu geri qaytaracaqdı:
"Evimizə gəlib-gedən adamlardır. Əvvəlcə ona 30 min manat verdim, ayın sonunda da qızı Nurlanə dedi ki, 10 min manat olsa, qardaşım işə düzəldə bilər. Mən də ailəmdən pul alıb 10 min də ona verdim. Kəmalə Məmmədova müəllimdir və 45 nömrəli məktəbdə işləyirdi. Dəfələrlə yanına getdim, ancaq görüşmək mümkün olmadı. Pulun əvəzində bizə girov kimi maşın qoymuşdular. O da başqasının adına idi. Sahibi geri almaq istəyirdi və polisə müraciət etmişdi. Vəkilim dedi ki, verməsəm, kiminsə malını müsadirə etdiyim üçün mən də cinayət işinə cəlb edilə bilərəm. Odur ki, maşını qaytardım. Ayrı-ayrı vaxtlarda verdiyim pulları notariusda rəsmi qaydada müqaviləyə saldırmışam. Əlimdə sənədlərim var".
Sənədləşdirdiyi məbləği tanışından ala bilməyən S. Cəfərova məhkəməyə üz tutub. Məhkəmənin qərarına əsasən, K. Məmmədova 30 min manatı bütöv ödəməlidir:
"30 min manat bütöv ödənilməlidir. 10 min manat isə dələduzluq yolu, yəni işə düzəltmək adı ilə alındığı üçün Nərimanov rayon 18 nömrəli polis bölməsində axtarış işi açılıb, istintaqdadır. İstintaq işinin 3-4 ay əvvəl açılmasına baxmayaraq hər hansı bir iş görülmür. 1 qardaşları var. O da deyir ki, mənim anam, bacım yoxdur, onları silmişəm. Sonradan öyrəndim ki, Nərimanov icra şöbəsində ana və qızının adına 10-dan çox iş var. Hətta Qızxanım adlı bir qadından 200 min alıblar. Bülbülə qəsəbəsində evləri var idi, sənədləşdirilərək həmin qadının adına keçirilib, hər ay da 500 manat ödəyirlər. Mənə də hər ay 500 manat ödəməyi təklif etdilər, razılaşdım. Ancaq cəmisi 1 ay 150 manat ödəyib sonra qadın yoxa çıxdı. İndi qaldıqları evi başqasının adına alıblar ki, biz məhkəmə ilə onlardan nəsə ala bilməyək".
Səadət Cəfərovanın sözlərinə görə, icra nümayəndəsi də işə səhlənkar yanaşır:
"Anasına cinayət işi açdırdıq. Məhkəmədə 3 gün inzibati iş verildi. sonra işlədiyi məktəbdən qovublar icra nümayəndəsi Emin Babayev də işə səhlənkar yanaşır. Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra ona töhmət verildi. Ondan sonra nəsə iş görməyə başladı. Amma yenə də əlbirdir ya nə bilmirəm, ancaq mənim işimi icra etməkdə maraqlı deyil".
Oxşar xəbərlər
Keçmiş rəisin arvadı həbs olunub, özü isə... - Şok təfərrüat
Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadı Leyla Əkbərova bir ildən çoxdur ki, külli miqdarda dələduz...