Bakıda qadın avtobusdan yıxılaraq ölüb
29
iyl
2016
13:46
Bakıda avtobusdan yıxılan şəxs ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu” markalı avtobusdan yıxılıb. Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.
Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.
BAKU.WS
Oxşar xəbərlər
Evə soxulub qadını bıçaqladı, pulunu apardı
Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə,...