Bakıda "Prado”nun sərxoş sürücüsü ilə polis arasında mübahisə (VİDEO)

Bakıda Prado”nun sərxoş sürücüsü ilə polis arasında mübahisə (VİDEO)
Video
Hadisə 5181

Bakıda sürücü ilə polis əməkdaşları arasında insident yaşanıb. Hadisə ötən gün axşam saatlarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bu barədə şahidlər Avtosfer.az saytına məlumat veriblər. Bildiriblər ki, Sülh küçəsi ilə hərəkət edən "Prado” markalı avtomobil yol polisi tərəfindən saxlanılıb. Maşını idarə edən sürücünün spirtli içki qəbul etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxsə qarşı cəza tətbiq etmək istəyən zaman aralarında mübahisə yaranıb.

Sürücü tabesizlik nümayiş etdirdiyindən əraziyə Post Patrul Xidməti çağırılıb. Nəticədə həmin şəxs polis bölməsinə aparılıb.

Gərginlik yolda tıxacın yaranmasına səbəb olub. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi ilə sürücü ilə arasında əlbəyaxa dava

Yol polisi ilə sürücü ilə arasında əlbəyaxa dava

Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşüb. BAKU.WS "Qafqazinfo”-ya istinadən məlumat verir ki, hadisə Binəqədi rayonu, Xocasən qəsəbə...

1769 Hadisə 12:47 19 mart 2016

Son xəbərlər