Bakıda piyadaları ölümlə hədələyən sürücü işdən qovuldu (FOTO)
Bu gün paytaxtda fəaliyyət göstərən daha bir avtobus sürücüsünün özbaşınalığı baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Modern.az-ın əməkdaşının başına gəlib.
Belə ki, Modern.az-ın əməkdaşı səhər saatlarında Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc İstedadlar” liseyində oxuyan övladlarını öz avtomobili ilə məktəbə aparıb.
Avtomobildən düşən iki azyaşlı piyada zolağı vasitəsilə liseyə tərəf keçmək istəyərkən 53 nömrəli marşrut avtobusu çox böyük sürətlə hərəkət edərək şagirdlərin həyatı üçün ciddi təhlükə yaradıb. Avtobusun küləyi şagirdləri kənara atıb. Onun məktəbyaşlı uşaqların üstündən keçməməsi sanki bir möcüzə olub.
Bundan sonra valideyn avtobusun arxasınca gedib. Hər zaman olduğu kimi bu dəfə də avtobus sürücüsü "Get, kimə istəyirsən şikayət et, mən sonuncu dayanacağa gecikirəm”, deyərək özünə "bəraət” qazandırıb.
Hətta sürücü xeyli irəli gedərək, əməkdaşımıza "bir az da çox danışsan avtobusu sənin maşının üstündən keçirəcəm” deyib. Bununla ürəyi soyumayan avtobus sürücüsü avtobusu əməkdaşımızın avtomobilinin üstünə sürüb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-a məsələnin yerində araşdırılğını deyib:
"Sürücü Ağasıyev Çingiz sərnişin avtobusunu yüksək sürətlə idarə edərək sərnişinlərin və digər hərəkət iştirakçılarının üçün təhlükə yaratdığından barəsində ciddi tədbi görülüb. 53 nömrəli marşrut xəttinin daşıyıcısı tərəfindən onun izahatı alınıb və işdən azad edilib”.
A.Ağayev qeyd edib ki, BNA-nın yaratmağa çalışdığı Vahid Sürücü Bazasının əsas məqsədi paytaxtın marşrut şəbəkəsini məhz elə bu kimi qeyri peşəkar işinə ciddi yanaşmayan sürücülərdən təmizləməkdir:
"Bildiyiniz kimi bazanın yaradılması istiqamətində ilk addım atılıb və Sürücü Təlim Mərkəzi yaradılıb”.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 39 nömrəli avtobusun sərnişinləri ölümdən döndü (VİDEO)
Bir avtobus sürücüsü qaydalara məhəl qoymayaraq həm sərnişinləri, həm də sürücüləri risqə atıb. Belə ki, 39 nömrəli avtobusun sürücüsü hərəkət etdiyi ən sağ zol...