Bakıda orta məktəbdə valideynlərin davasına polis çağırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Bakıdakı məktəblərdən birində valideynlər arasında insident baş verib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Abil Səfərov adına 114 saylı orta məktəbdə tədris ilinin başa çatması ilə bağlı 3-cü sinifin valideynləri toplaşıb. Bu zaman valideynlərdən biri - Abbasova Esmira Rəşid qızı onun övladına sataşan uşaqlardan birinə xəbərdarlıq edib və azyaşlını hədələyib.
Məktəbdəki digər valideynlərdən biri həmin uşağı himayəsində saxlayan bibisinə bu barədə dərhal xəbər verib. Uşağın bibisi tələsik məktəbə gəlib və E.Abbasova ilə dalaşaraq ona şillə vurub. Bundan sonra qadının ürəyi gedib. Çox keçmədən bu söhbət E.Abbasovanın həyat yoldaşına çatdırılıb və o da təcili məktəbə gəlib. Zərərçəkmişin yoldaşı dərhal polisə zəng edib və xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün təcili tibbi yardım çağırıb. Məktəb rəhbərliyi nə qədər çalışsa da, valideynləri barışdıra bilməyib və onlar məsələni polis bölməsində ayırd etməyə gediblər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda məktəbdə şagird müəlliminin gözü qarşısında bıçaqlandı - TƏFƏRRÜAT
Bakının Suraxanı rayonu 146 nömrəli orta məktəbdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. BAKU.WS xəbər verir ki, orta məktəbdən Trend-ə ver...