Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO)

Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO)
Video
Hadisə 79711
Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verib.BAKU.WS-in eksklüziv məlumatına görə, dünən gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.
Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO)
Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub. Taxveli Ramiz Pərviz oğlu Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.Fakta görə 10 dekabr, 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb. Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”ın art direktorudur.ШОК! В Баку арт-директор "Buta Palace" выбросил жену с 5-го этажа Ziya SƏCCADBAKU.WS
Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO)

Oxşar xəbərlər

Ağsu sakinindən narkotik götürülüb

Ağsu sakinindən narkotik götürülüb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul...

1679 Hadisə 19:22 08 avqust 2018

Son xəbərlər