Bakıda nazirliyin qarşısında insident – özünü yandırmaq istədi

Bakıda nazirliyin qarşısında insident – özünü yandırmaq istədi
Hadisə 1610

Bakıda nazirliklərdən birinin binası qarşısında insident baş verib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Cabbarov Sərxan Yavər oğlu Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb. Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib.

Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər