Bakıda məşhur restoranda müğənnini döydülər (YENİLƏNİB)
23
iyl
2018
12:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, paytaxtın “Bəyli” restoranında müğənni Namiq Gərayzadə döyülüb. Müğənni hadisə barədə daha ətrraflı BAKU.WS-ə danışıb: “Hadisə iyulun 21-də saat 18:15-18:20 radələrində baş verib. Restorana çatıb, avtomobilimi park edirdim ki, 55-60 yaşlarında olan nəzarətçi müğənni olduğumu öyrənib dedi ki, burada park etmə, bura “manıslar” üçün deyil. Dedim ki, sən kimsən mənə “manıs” deyirsən. Aramızda mübahisə düşdü. Hadisədən xəbər tutan restoranın 4 mühafizəçisi bizə yaxınlaşdı. Onlar da dedilər ki, burada park edə bilmərsən. Mənə dedilər ki, sən bilirsən biz kimik, biz bu restoranın başkəsənləriyik. Onlardan 2-si qolumdan tutdu, 2-si isə məni döydü. Huşumu itirdim, ayılanda isə 103-ə zəng etdim, onlar da polisə xəbər verdilər. Hazırda hadisə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırılır”.Qeyd edək ki, Nizami RPİ-dən faktı təsdiqləyiblər. ***10.11Bakıda Bəyli restoranında insident olub. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, restoranda Namiq Gərayzadə adlı şəxs müştərilər tərəfindən döyülüb. Nizami RPİ-dən faktı təsdiqləyiblər. Bildiriblər ki, Nizami RPİ-nin 24-cü şöbəsinə DİN-in 102 zəng mərkəzindən “Bəyli” restoranında insidentlə bağlı məlumat daxil olub. Məlumatda Namiq Gərayzadə adlı şəxsin döyüldüyü qeyd edilib. Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.Döyülən N.Gərayzadənin müğənni olduğu bildirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda insanlığa sığmayan hadisə - Dönərə pulu çatmayan 14 yaşlı uşaq döyüldü
Ötən gün Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı azyaşlı döyülüb.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, restoran işçiləri ol...