Bakıda mağazanı "yarmaq" istəyən “bacarıqsız” oğru – VİDEO

Bakıda mağazanı yarmaq istəyən “bacarıqsız” oğru – VİDEO
Video
Hadisə 3975

Bakının Nərimanov rayonunda yerləşən mağazalardan birində oğurluğa cəhd olub.

BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 20-də gecə saat 3 radələrində, Bakıxanov küçəsində yerləşən avtomobil mağazasında qeydə alınıb.

Hadisənin görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər. Videodan da göründüyü kimi mağazanın qapısını zorla açamağa çalışan 2 şəxs avtomobilin gəldiyini görüb, ərazidən uzaqlaşıblar.

Obyektin sahibi bu hadisənin yenidən təkrarlanacağından ehtiyat etdiyinə görə polisə müraciət edib. Faktla bağlı 18-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Cavid BabayevBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər