Bakıda mağazadan "oğurluq" edən gənc: "Yetim qız üçün götürdüm" (VİDEO)
03
dek
2018
10:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı gənclər insanların reaksiyasını yoxlamaq məqsədi ilə çarx hazırlayıb. BAKU.WS-in məlumatına görə, çoxlu ərzaq götürən gənclərin kassada oğurluğu ortaya çıxıb. Əvvəlcədən hazırlanmış senariyə uyğun olaraq gəncləri kassada yaxalayırlar. Onların üzərindən ərzaqlar çıxır. Gənclərdən birinin oyuncaq oğurladığı məlum olur. Digər gənc niyə oyuncaq oğurladığı üçün dostuna qəzəblənib. Dostu isə bunu balaca yetim qız üçün etdiyini bildirib. Bu vəziyyətdə mağaza işçiləri polis çağırmır və oğruları buraxır. Hətta oyuncaq da onlara pulsuz verilir. Sosial çarx kimi hazırlanmış videoda oğurluğun təbliği yoxsa insanların mərhəməti barədə mesaj verilir? Bu sualın cavabını isə izləyicilərimizin öhdəsinə buraxırıq.AbbasBAKU.WS
Oxşar xəbərlər
Bakıda ac gəncə 20 qəpiklik “peraşki” vermədilər – VİDEO
Bakıda insanların mərhəmət hissini yoxlamaq üçün maraqlı sosial çarx hazırlanıb.BAKU.WS xəbər verir ki, videonu Mehdi Həsənli adlı gənc hazırlayıb. Videoda həmi...