Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı - BİRİ ÖLDÜ
21
yan
2018
11:53
Bakıda huşsuz vəziyyətdə tapılan iki nəfərdən biri ölüb. Lent.az xəbər verir ki, Naximov küçəsində yerləşən mənzilin mətbəxində paytaxt sakini, 1970-ci il təvəllüdlü Musayev Musa Fərman oğlu və Ucar rayon sakini, 1974-cü ildə anadan olmuş Əsgərov Ceyhun Tahir oğlu huşsuz vəziyyətdə aşkarlanıb. Onların ikisi də xəstəxanaya yerləşdirilib. Lakin C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənib. Onlar dost olublar.Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Şəmkir sakini özünü bıçaqlayaraq öldürüb
Şəmkirdə 20 yaşlı gənc özünü bıçaqlayaraq intihar edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini 19...