Bakıda həbs olunan silahlı avtoritet millət vəkilinin qohumudur

Bakıda həbs olunan silahlı avtoritet millət vəkilinin qohumudur
Hadisə 1585

Bir neçə gün əvvəl Bakıda silahla həbs olunan şəxslə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.

Criminal.az-a verilən məlumata görə, paytaxtda silahla gəzən gənc deputatın qohumudur.

Həbs olunan şəxs Tural Əlikram oğlu Haqverdiyevdir. Onu bir neçə gün əvvəl Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tutub.  "Volkswagen” markalı avtomobilinə baxış zamanı nömrəsi silinmiş "Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb. 

Nərimanov rayon Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, Tural Haqverdiyev millət vəkili Madər Musayevin bacısı nəvəsidir. O, saxlanılan zaman polis əməkdaşlarına da müqavimət göstərib, onları yumruqla vurub. 

T.Haqverdiyevin barəsində cinayət işi başlanıb. O, hazırda Şüvəlnda yerləşən istintaq təcridxanasında saxlanılır.

T.Haqverdiyevin kriminal aləmə yaxın olduğu deyilir. Tez-tez mübahisəli söhbətlərin həllində iştirak edir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ŞOK: Hava limanında narkotik becərən şəxs tutuldu

Azərbaycanda ŞOK: Hava limanında narkotik becərən şəxs tutuldu

Azərbaycanda hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub. ANS PRESS-in məlumatına görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarına ra...

3160 Hadisə 18:25 08 iyun 2016

Son xəbərlər