Bakıda gəlini şadlıq evinə apararkən öldüyü deyilən bəylə bağlı RƏSMİ AÇIQLAMA (VİDEO)

Bakıda gəlini şadlıq evinə apararkən öldüyü deyilən bəylə bağlı RƏSMİ AÇIQLAMA (VİDEO)
Video
Hadisə 13459

 

Fövqəladə Hallar Nazirliyi bu gün paytaxtda liftin qırılması nəticəsində yaşanan hadisə ilə bağlı rəsmi məlumat yayıb.

BAKU.WS FHN-in sayına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 19:24-də başa çatıb.

Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yayılan məlumatda bildirilirdi ki, paytaxtda "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb. Sakinlərin bildirdiyinə görə, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var

Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər...

3249 Hadisə 09:15 01 aprel 2017

Son xəbərlər