Bakıda gecə klubundan çıxan iki qadını zorlamaq istədilər - TƏFƏRRÜAT

26
fev
2019
14:18
Zorlamada təqsirləndirilən Rəhim Rzayev, Vaqif Məmmədov və Nəsib Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb."Ölkə.Az" xəbər verir ki,cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq.İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib. Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını və dostları ilə birlikdə zorlamağa cəhd etdiklərini deyiblər.Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda vurduğu piyadanı yolda atıb qaçan sürücüdən XƏBƏR VAR
Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki...
